cümə, 26 aprel 2024

ŞAHMAT

Şəhriyar Məmmədyarov “Qran-pri 2017”də yarışacaq

17.02.2017 19:51 Oxundu 1782

FIDE “Qran-pri 2017” seriyasının birinci mərhələsi fevralın 18-də Birləşmiş Ərəb Əmirliklərinin Şarca şəhərində başlanacaq. Yarışlar İsveçrə sistemi üzrə keçiriləcək və 9 turdan ibarət olacaq. Qalib adı uğrunda 18 qrossmeyster, o cümlədən Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov mübarizə aparacaq. Turnirin mərhələləri mayın 11-21-də Rusiyanın Moskvada, iyulun 5-16-da Cenevrədə, noyabrın 15-26-da Palma de Mayorka şəhərlərində keçiriləcək. “Qran-pri 2017” seriyasında 24 qrossmeyster, hər turnirdə 18 şahmatçı iştirak edəcək. Birinci və ikinci yeri tutan şahmatçılar iddiaçılar turnirində iştirak edəcəklər. Bu turnirdə hələ ki rusiyalı şahmatçı Sergey Karyakinin iştirak etmək hüququna malikdir.

Hər mərhələnin mükafat fondu 130 min avro təşkil edir.