cümə axşamı, 25 aprel 2024

DÜNYA FUTBOLU

İnyesta - 400

20.02.2017 10:51 Oxundu 1696

“Barselona” İspaniya La Liqasının XXIII turunda “Leqanes”lə qarşılaşma kapitan Andres İnyesta üçün isə əlamətdar olub. Belə ki, 80-ci dəqiqədə Andre Qomeşi əvəz edən 32 yaşlı yarımmüdafiəçi La Liqada 400-cü matçına çıxıb. Hazırda bu baxımdan ikinci olan İnyesta yalnız sabiq kapitan Xavi Ernendesdən geri qalır. Xavinin aktivində daxili birincilikdə 505 oyun var.

Qeyd edək ki, Lionel Messinin dublu sayəsində “Leqanes” üzərində 2:1 hesablı qələbə qazanan “Barselona” ikinci pillədəki mövqeyini qoruyub.