cümə axşamı, 25 aprel 2024

DÜNYA FUTBOLU

Riberi polis zorakılığına məruz qalmış şəxsi ziyarət edib

20.02.2017 11:54 Oxundu 1726

Münhen "Bavariya"sının yarımmüdafiəçisi Frank Riberi Fransa polisi tərəfindən fiziki zorakılığa məruz qalmış 22 yaşlı Teoya dəstəyini ifadə edib. Belə ki, o, qaradərili şəxsi Parisdə ziyarət edib və ona "Bavariya"nın formasını bağışlayıb.

Teo narkotik ticarətində şübhəli bilinərək polis tərəfindən saxlanılmış və dubinka ilə döyülmüşdü. Gənc oğlana ciddi xəsarət yetirildiyindən o, cərrahi müdaxiləyə ehtiyac duymuşdu.