şənbə, 27 aprel 2024

GÜLƏŞ

Sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyi keçiriləcək

20.02.2017 16:25 Oxundu 2403

23-24 fevral 2017-ci il tarixdə Bakı İdman Sarayında gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyi keçiriləcək. Yarışın keçirilməsində əsas məqsəd ölkə ərazisində güləş idman növünün təbliği və inkişafına nail olmaq, respublikada fəaliyyət göstərən idman təşkilatlarında təlim-məşq prosesini təkmilləşdirmək və müvafiq yaş qrupu üzrə mükafata layiq yerlər tutmuş idmançıları yığma komandalara cəlb etməkdir.
Yarış Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən təşkil olunacaq və şəxsi xarakter daşıyacaq. Yarışda klub və cəmiyyətlərin yığma komandalarının üzvü olan 1997-1999-cu il təvəllüdlü idmançılar iştirak edəcək.
Hər gün səhər saat 10:00-da başlayacaq yarışların təntənəli açılış marasimi fevralın 23-də saat 17:00-da baş tutacaq. Hər çəki dərəcəsində mükafata layiq yerlər tutmuş idmançılar medal və diplomla yanaşı, AGF tərəfindən pul mükafatı ilə də təltif olunacaq və yığma komandanın heyətinə cəlb olunacaq.

Turnirin proqramına əsasən, fevralın 23-də sərbəst, 24-də isə yunan-Roma növü üzrə gənc güləşçilər arasında ən güclülər müəyyənləşəcək.