cümə, 29 mart 2024

DİGƏR NÖVLƏR

Karateçilərimiz 4 medal qazandılar

20.02.2017 16:37 Oxundu 1690

Azərbaycan karateçiləri Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə və gənclərin növbəti Avropa çempionatının sonuncu günündə daha 2 medal qazandılar. 21 yaşadək idmançıların yarışında İrina Zaretska Avropa çempionu adına, Asya Məlikova isə gümüş medala sahib olublar.

Murad Hacızadə 16-17 yaşlıların, Ayla Rzazadə isə 14-15 yaşlı yeniyetmələrin mübarizəsində bürünc medal qazanıblar.

Fidan Teymurova, Həsən Əliyev və Elcan Məmmədrzayev bürünc medal uğrunda görüşdə uduzublar. Katada Ceyhun İsmayılov, Tale və Tural Yaqubov qardaşları 7-ci olublar.

Bu nəticə ilə Azərbaycan medal qazanan 34 ölkə arasında 13-cü yeri tutub. Avropa çempionatında 50 ölkədən 1147 karateçi iştirak edib.

Bu rəsmi yarışın yaddaqalan məqamlarından biri də beynəlxlaq dərəcəli hakim Vüqar Kərimovun tatami menecerinin köməkçisi vəzifəsinə təyin edilməsi oldu.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti və Dünya Karate Federasiyası Texniki Komitəsinin üzvü Yaşar Bəşirovun rəhbərliyi ilə avropa çempionatında iştirak edən heyət ayın 21-də Bakıya qayıdacaq.