cümə, 26 aprel 2024

ŞAHMAT

Azərbaycanı Rauf Məmmədov təmsil edəcək

20.02.2017 19:54 Oxundu 1908

Sabah Moskvanın “Kosmos” mehmanxanasında “Aeroflot open 2017” beynəlxalq şahmat festivalı start götürür. Yarış iştirakçıları yüksək mükafat fondu – 140 min avro uğrunda mübarizə aparacaqlar.

Festival çərçivəsində keçiriləcək 3 turnirə 313 şahmatçı, o cümlədən 100 qrossmeyster qatılacaq. Əsas “A” turnirində 77-si qrossmeyster olmaqla, 96 şahmatçı mübarizə aparacaq. Azərbaycanı Rauf Məmmədov təmsil edəcək. “B” turnirində 109 şahmatçı, o cümlədən 19-nun qrossmeyster iştirak edəcək. Bu turnirdə Azərbaycanın idman şərəfini beynəlxalq dərəcəli şahmat ustası Nərmin Xələfova qoruyacaq.

“C” turnirində mükafat uğrunda 108 şahmatçı, o cümlədən 4 qrossmeyster mübarizə aparacaq. İştirakçıların reytinqinə uyğun təşkil edilən bu turnirlərin hər biri (A, B və C) 9 turdan ibarətdir və İsveçrə sistemi üzrə keçiriləcək. Bunların arasında 2550-dən yuxarı reytinq xalı tələb olunan və adətən ən güclü şahmatçıların iştirak etdiyi “A” qrupu daha çox maraq doğurur.

Festival çərçivəsində 3 açıq turnirlə yanaşı, blits-turnir də keçiriləcək.