cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

“Atletiko” “Bayer”in, “Monako” “Mançester Siti”nin qonağı olacaq

21.02.2017 07:19 Oxundu 1621

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində iki matç keçiriləcək. Son finalçı “Atletiko” “Bayer”in qonağı olacaq. Madrid təmsilçisi qrup mərhələsində 6 oyunda 15 xal toplayaraq, güclü “Bavariya”nı geridə qoymağı bacarmışdı. “Monako”, “Tottenhem” və Moskva MOİK-i ilə eyni qrupda mübarizə aparmış “Bayer” isə ikinci yerin sahibi kimi, adını 1/8 final mərhələsinə yazdırmışdı. “Bayer”də Hakan Çalhanoğlu cəzalı olduğu üçün komandasına kömək edə bilməyəcək. Conatan Tah və Admir Mehmedi isə zədədən əziyyət çəkir. “Atletiko”nun heyətində də zədəli, matçda iştirakı sual altında olan futbolçular var: Bernabe Barraqan, Auqusto Fernandes, Dieqo Qodin, Xuanfran, Tiaqo və Yan Oblak.

Günün digər matçında “Mançester Siti” və “Monako” komandaları üz-üzə gələcək. Xosep Qvardiolanın yetirmələri qrup mərhələsində “Barselona”dan sonra ikinci olmuşdular. “Monako” isə E qrupunun birinci kimi adını 1/8 final mərhələsinə yazdırmağı bacarmışdı.

UEFA Çempionlar Liqası

1/8 final mərhələsi, ilk oyunlar

21 fevral

23:45. “Bayer” (Almaniya) – “Atletiko” (İspaniya)

Baş hakim: Uillyam Kollum (Şotlandiya)

23:45. “Mançester Siti” (İngiltərə) – “Monako” (Fransa)

Baş hakim: Antonio Mateu Lahoz (İspaniya)

22 fevral

23:45. “Porto” (Portuqaliya) – “Yuventus” (İtaliya)

Baş hakim: Feliks Brix (Almaniya)

23:45. “Sevilya” (İspaniya) – “Lester” (İngiltərə)

Baş hakim: Klemen Turpin (Fransa)