şənbə, 27 aprel 2024

DÜNYA FUTBOLU

"Qvardiola başqa məşqçilərin zəhmətindən bəhrələnir"

21.02.2017 07:47 Oxundu 1727

Braziliya millisinin baş məşqçisi Titenin fikrincə "Mançester Siti"nin hücumçusu Qabriel Jesusun yüksəlişi yalnız Xosep Qvardiolanın xidməti deyil. Xatırladaq ki, 19 yaşlı forvard İngiltərə klubuna Braziliyanın "Palmeyras" komandasından transfer olunub. Tite deyib: "Jesus gözəl idmançıdır. Hesab edirəm ki, Jesusun inkişafını və əla oyununu Qvardiolanın xidməti kimi yozmaq doğru deyil. Çünki onun bir futbolçu kimi yetişməyində çoxlu mütəxəssislərin rolu olub. Təbii ki, bu prosesdə "Palmeyras"ın öz rolu var. Amma Qvardiola indi başqa məşqçilərin yetişdirdiyi meyvədən bəhrələnir".

Məlumat üçün bildirək ki, Jesus İngiltərə Premyer Liqasında keçirdiyi 4 matçda 3 qol vurub və bir məhsluldar ötürmə verib.