cümə, 19 aprel 2024

DÜNYA FUTBOLU

Messinin şərti var: 3 futbolçu klubu tərk etməlidir

21.02.2017 08:31 Oxundu 1794

"Barselona" futbolçusu Lionel Messi ilə yeni müqavilə imzalamaq barədə danışıqlarını davam etdirir. Bu barədə Kataloniya klubunun prezidenti Josep Mariya Bartomeu məlumat verib: "Danışıqlar yaxşı gedir. Hər kəs rahat olsun. Messi qalmaq istəyir. Biz də onu komandada saxlamağı düşünürük".

Digər məlumata görə, "Barselona"nın hücumçusu Lionel Messi klub rəhbərliyindən 3 futbolçunu satmağı təkid edir. Argentinalının fikrincə, bəzi oyunçular komandanın səviyyəsinə uyğun deyil. "Qızıl top"un beşqat sahibi belə bir şərt irəli sürüb ki, Jeremi Matye, Luka Din və Qomeş klubdan ayrılacağı təqdirdə o, müqavilənin müddətini uzadacaq. Messini həmçinin komandanın baş məşqçisi Luis Enrikenin fəaliyyəti də qane etmir.

Qeyd edək ki, L.Messinin "Barselona" ilə hazırkı müqaviləsi 2018-ci ildə başa çatır.