cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

“Barselona”nın start heyətindəki yeganə ispan futbolçu Roberto olub

21.02.2017 08:50 Oxundu 1698

İspaniya çempionatı çərçivəsində evdə “Leqanesi”i qəbul edən “Barselona” meydançaya çıxdığı start 11-liyi ilə 118 illik klub tarixində ilkə imza atıb. Məlumata görə, Messinin 2 qolu ilə rəqibini 2:1 hesabı ilə məğlub edən Kataloniya təmsilçisi klub tarixi ərzində ölkə çempionatı oyununa ilk dəfə yalnız bir ispaniyalı futbolçu ilə başlayıb. “Leqanes” ilə matça Ter Şteqen, Samuel Umtiti, Jeremi Matyö, İvan Rakitiç, Rafinya, Serxi Roberto, Andre Qomes, Luis Suares, Lionel Messi və Neymarla 11-liyi ilə meydançaya çıxan “Barselona”nın start heyətindəki yeganə ispan futbolçu Serxi Roberto olub. Bununla da “Barselona” “Leqanes” ilə oyuna 10 əcnəbi futbolçu ilə çıxıb.