şənbə, 27 aprel 2024

DÜNYA FUTBOLU

"Neymar həm də ötürmələr ustasıdır"

21.02.2017 11:37 Oxundu 1715

Braziliya yığmasının baş məşqçisi Tite "Barselona"nın hücumçusu Neymarın ünvanına təriflər yağdırıb. Onun sözlərinə görə, Neymar yalnız rəqib qapısına qol vurması ilə fərqlənmir: "Mən də İnyestanın fikri ilə tamamilə razıyam. Bəli, fərdi mübarizədə indi ona bərabər oyunçu yoxdur. Neymar bu mövsümdə çox püxtəlişib, baş ilə ötürmə verməyinə isə söz tapa bilmirəm. Bu mənada Neymar həm də qolla nəticələnən ötürmələr ustasıdır".

Qeyd edək ki, Neymar İspaniya çempionatının 23 turunun 19-da iştirak edib, 6 qol vurub, onun 7 ötürməsi isə qolla nəticələnib.