cümə, 26 aprel 2024

BİZİM FUTBOL

“Qəbələ” – “Qarabağ” matçı 6400 manatlıq cəriməylə nəticələnib

21.02.2017 11:44 Oxundu 1789

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Yığıncaqda Azərbaycan Premyer Liqasının XIX turunun oyunlarında baş verənlər müzakirə olunub və müvafiq qərarlar çıxarılıb. İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olundu.

Topaz Premyer Liqasının XIX turunun “İnter” – “Zirə” matçında “İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).

Oyunun 74-cü dəqiqəsində “Zirə” klubunun 1 №-li futbolçusu
Anar Nəzirovun sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Topaz Premyer Liqasının XIX turunun “Sumqayıt” – AZAL görüşündə meydan sahiblərinin baş məşqçisi Samir Abasov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, bu hal ikinci dəfə təkrarlandığı üçün klub 1600 manat cərimə olunur(maddə 62).

Anoloji hadisə yenidən təkrarlanacağı təqdirdə kluba daha ağır sanksiya tətbiq olunacaq.

Topaz Premyer Liqasının XIX turunun “Qəbələ” – “Qarabağ” matçı ilə bağlı İntizam Komitəsi aşağıdakı qərarları qəbul edir:

  • “Qəbələ” və “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün hər iki klub 800 manat cərimə olunur (maddə 52).
  • “Qəbələ” və “Qarabağ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün hər iki klub 1600 manat cərimə olunur (maddə 52).
  • “Qəbələ” klubunun azarkeşləri tərəfindən təhqiredici pankartların açılmasına görə klub 4000 manat cərimə olunur (maddə 42.7).

Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XIX turunun “Sumqayıt” – AZAL matçının 70-ci dəqiqəsində “Sumqayıt” klubunun 37 №-li futbolçusu Ülvi Kələşov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XIX turunun “İnter” – “Zirə” matçının 84-ci dəqiqəsində “Zirə” klubunun 34 №-li futbolçusu
Cavidan Ömərli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

I Divizionun XVI turunun “Rəvan” – “Şəmkir” matçında “Rəvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).

I Divizionun XVI turunun “Energetik” – “Göyəzən” matçında “Energetik” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).

I Divizionun XVI turunun “Turan Tovuz” – “Zaqatala” matçında “Zaqatala” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).

Oyunun 69-cu dəqiqəsində “Turan Tovuz” klubunun 4 №-li futbolçusu Səbayıl Bağırov aqressiv davranışa və rəqibə bilərəkdən zərbə endirdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 6 oyun cəzalanır, klub 400 manat cərimə olunur (maddə 37.2), (maddə 38.3) (maddə 35).

I Divizionun XVI turunun “Ağsu” – MOİK matçının 90+3-cü dəqiqəsində MOİK klubunun 25 №-li futbolçusu Qərib İbrahimov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyun cəzalanır, klub 240 manat cərimə olunur (maddə 38.2).