şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

Dumanlı Albionda qol yağışı - VİDEO

22.02.2017 00:38 Oxundu 1690

Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində 2 oyun keçirilib. Günün bir matçında "Mançester Siti" və "Monako" komandaları qarşılaşıb. "Mançester Siti" bu oyunda qələbə qazanıb: 5:3. Qeyd edək ki, Xosep Qvardiolanın yetirmələri qrup mərhələsində "Barselona"dan sonra ikinci olmuşdular. "Monako" isə E qrupunun birincisi kimi adını 1/8 final mərhələsinə yazdırmışdı.

UEFA Çempionlar Liqası

1/8 final mərhələsi, ilk oyunlar

21 fevral

"Mançester Siti" (İngiltərə) - "Monako" (Fransa) - 5:3

Qollar: Sterlinq, 26, Aquero, 58, 71, Stons, 77, Sane, 82 - Falkao, 32, 61, Mbappe, 40

Baş hakim: Antonio Mateu Lahoz (İspaniya)

"Mançester Siti": 13. Kabayero, 3. Sanya, 24. Stounz, 30. Otamendi, 25. Fernandinyo, 21. David Silva (k), 42. Yaya Ture, 17. De Bruyne, 7. Sterlinq, 10. Aquero, 19. Sane.

"Monako": 1. Subaşiç, 23. Mendi, 24. Raci, 25. Qlik, 19. Sidibe, 14. Bakayoko, 2. Fabinyo, 29. Mbappe, 27. Lemar, 10. Bernardo Silva, 9. Falkao (k)

monako