cümə, 26 aprel 2024

DÜNYA FUTBOLU

"Atletiko" özünü qonaq kimi aparmadı - VİDEO

22.02.2017 00:44 Oxundu 1741

Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində son finalçı “Atletiko” “Bayer”in qonağı olub. Qrup mərhələsində güclü “Bavariya”nı qabaqlamağı bacaran madridlilər ikinci yerin sahibi kimi adını 1/8 final yazdıran “Bayer”i məğlub edib. Gərgin və dramatik şəraitdə keçən oyunda azarkeşlər 6 qola şahidlik ediblər. Səfərdə 4:2 hesabı ilə qələbə qazanan Dieqo Simeonenin yetirmələri cavab matçından öncə böyük üstünlük əldə ediblər.

UEFA Çempionlar Liqası

1/8 final mərhələsi, ilk oyunlar

21 fevral

“Bayer” (Almaniya) – “Atletiko” (İspaniya) - 2:4

Qollar: Bellarabi, 48, Saviç, 68 (öz qapısına) - Nigez, 17, Qrizman, 26, Qameyro, 59 (pen.), Fernando Torres, 86

Baş hakim: Uillyam Kollum (Şotlandiya)

“Bayer”: 1. Leno, 18. Vendell, 21. Ömər Toprak (k), 6. Draqoviç, 39. Henriks, 19. Brandt, 44. Kampl, 20. Aranquis, 38. Belarabi, 7. Çiçarito, 29. Havets.

“Atletiko”: 1. Moyya, 3. Filipe Luis, 15. Saviç, 24. Ximenes, 16. Vrsalko, 10. Karrasko, 8. Niqes, 14. Qabi (k), 6. Koke, 7. Qrizmann, 21. Qameyro

at