cümə axşamı, 28 mart 2024

DÜNYA FUTBOLU

"Fənərbaxça" “Krasnodar”ın dərsini verə biləcəkmi?

22.02.2017 09:49 Oxundu 1741

Bu gün Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunları çərçivəsində 3 matç keçiriləcək. "Fənərbaxça" səfərdə minimal hesabla uduzduğu “Krasnodar”ı qəbul edəcək.İstanbulda isə ölüm-qalım savaşı olacaq. “Fənərbaxça” Rusiyada 0:1 hesabı ilə uduzsa da, doğma azarkeşləri qarşısında bu hesabı öz xeyrinə çevirməyə çalışacaq. Böyük gərginlik vəd edən görüşdə azarkeşlərin maraqlı mübarizəyə şahidlik edəcəklərini düşünmək olar.

“Manşester Yunayted” Zlatanın het-triki ilə məğlub etdiyi “Sent-Etyenn”yə şans yaratmaq fikrində olmayacaq.

“Şalke”yə 0:3 hesabı ilə məğlub olan PAOK-un da mərhələ adlamaq şansı azdır.

Avropa Liqası

1/16 final mərhləsi, cavab oyunları

22 fevral

21:00. “Fənərbaxça” (Türkiyə) – “Krasnodar” (Rusiya)

Baş hakim: Pavel Raçkovski (Polşa)

İlk oyun – 0:1

21:00. “Şalke” (Almaniya) – PAOK (Yunanıstan)

Baş hakim: Luka Banti (İtaliya)

İlk oyun – 3:0

21:00. “Sent-Etyenn” (Fransa) – “Mançester Yunayted” (İngiltərə)

Baş hakim: Dəniz Aytəkin (Almaniya)

İlk oyun – 0:3