çərşənbə axşamı, 23 aprel 2024

DÜNYA FUTBOLU

“Tülkülər”in 1/8 final mərhələsindən necə ayrılacaq?

22.02.2017 11:17 Oxundu 1786

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsində ilk oyunlara yekun vurulacaq. Baş tutacaq son iki matçda “Porto” “Yuventus”u, “Sevilya” isə “Lester”i qəbul edəcək. “Porto” G qrupunun ikincisi kimi növbəti mərhələyə adladığı halda, “Yuventus” H qrupunda birinci olmağı bacarmışdı. Turin təmsilçisi ÇL-in cari mövsümündə hələ məğlubiyyətlə üzləşməyib.Onu da bildirək ki,. “Qoca sinyora”nın heyətində Corcio Kyellini və Andrea Barzalyi zədəli olduğu üçün onların bu görüşdə iştirakı sual altındadı.

“Sevilya” isə İngiltərə çempionu “Lester”i qəbul edəcək. “Tülkülər” ötən mövsüm Premyer Liqada “at oynatsalar” da, bu mövsüm işləri qaydasında getmir. “Lester” Premyer Liqadakı uğursuzluğu ÇL-də yaxşı nəticə qazanmaqla unutdurmaq istəyir. Qrup mərhələsində birinci olan “tülkülər”in 1/8 final mərhələsindən hansı nəticə ilə ayrılacağı maraqla gözlənilir.

“Sevilya” da cari mövsümdə iddiasını ortaya qoyur. La Liqanın XXIII turunda “Eybar”ı 2:0 hesabı ilə üstələyən əndəluslular çempionatda 3-cü pillədə qərarlaşıblar.

UEFA Çempionlar Liqası

1/8 final mərhələsi, ilk oyunlar

22 fevral

23:45. “Porto” (Portuqaliya) – “Yuventus” (İtaliya)

Baş hakim: Feliks Brix (Almaniya)

23:45. “Sevilya” (İspaniya) – “Lester” (İngiltərə)

Baş hakim: Klemen Turpin (Fransa)