cümə, 26 aprel 2024

BOKS

Anna Əlimərdanova "Stranca" turnirində gümüş medal qazanıb

27.02.2017 09:09 Oxundu 5383

Azərbaycanın qadın boksçusu Anna Əlimərdanova Bolqarıstanın paytaxtı Sofiyada keçirilən 68-ci beynəlxalq "Stranca" turnirində gümüş medala sahib olub."Report"un məlumatına görə, 54 kq çəki dərəcəsində yer alan idmançı finalda yerli dəri əlcək ustası Stanimira Petrovaya uduzub - 2:3.

Qeyd edək ki, Anna Əlimərdanova "Stranca" turnirində Azərbaycanın yeganə xanım təmsilçisi olub. 9 kişi boksçudan ən yaxşı nəticəni 1/4 finaladək irəliləyə bilən Tayfur Əliyev (56 kq) və Vüsal Verdiyev (60 kq) göstərib. Turnirə ümumilikdə 41 ölkədən 277 boksçu qatılıb.