cümə axşamı, 25 aprel 2024

VOLEYBOL

Hakimimiz təyinat alıb

27.02.2017 11:54 Oxundu 2649

Azərbaycanlı beynəlxalq dərəcəli hakim Eldar Əliyev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən yeni təyinat alıb. E.Əliyev qadın voleybol komandaları arasında Çempionlar Liqası yarışlarının qrup mərhələsi çərçivəsində keçiriləcək “Uraloçka” (Rusiya) - “Vakıfbank” (Türkiyə) oyununda ikinci hakim funksiyasını yerinə yetirəcək. Matçın baş hakimi italiyalı Roberto Boris olacaq.

Qeyd edək ki, “Uraloçka”-“Vakıfbank” oyunu fevralın 28-də Yekaterinburqda keçiriləcək.