çərşənbə axşamı, 16 aprel 2024

VOLEYBOL

Qrupda qaldıq

01.03.2017 07:14 Oxundu 3159

Qadın voleybolçular arasında Çempionlar Liqasında qrup mərhələsi başa çatıb. Super Liqanın qalibi olan “Azərreyl” son görüşdə Polşada “Dabrova Qornitsa”nın qonağı olub. Matç “Azərreyl”in qələbəsi ilə başa çatıb. Təmsilçimiz gərgin keçən oyunda tay-brekdə qalibiyyətə sevinib - 3:2. Lakin bu qələbə belə komandamızın qrupda qalmasına əngəl olmayıb.Belə ki, ikinci yerlərlə müqayisədə ən yaxşı iki komandadan biri olmaq üçün mütləq 3 xal qazanmalı olan “Azərreyl” A qrupunda “Ximik”in (Polşa), B qrupunda “Volero”nun (İsveçrə) və D qrupunda “Əczaçıbaşı”nın (Türkiyə) büdrəməsinə ümid etməlidi.Bu komandalardan ikisi “Azərreyl”dən geri qalmalıdı ki, təmsilçimizin yolu açılsın. Ən yaxşı qrup ikinciliyinə iddia edənlərdən meydana birinci “Əczaçıbaşı” çıxıb və qələbə qazanıb. "Volero" da "Krasnodar" qarşısında qələbəyə sevinib. Təmsilçimiz sadəcə "Ximik"i qabaqlaya bilib.

C qrupu

“Dabrova Qornitsa” (Polşa) – “Azərreyl” (Azərbaycan) - 2:3 (24:26, 25:16, 22:25, 25:18, 10:15)

Hakimlər: Nadejda Kozlova (Rusiya), Toomas Murulo (Estoniya)

Dabrova Qornitsa. “Sentrum”

1

Fənərbaxça (Türkiyə)

6

6

0

18-1

476-368

18

2

Azərreyl (Azərbaycan)

6

4

2

12-10

458-474

11

3

Dabrova Qornitsa (Polşa)

6

2

4

10-13

510-497

7

4

Sen-Rafael (Fransa)

6

0

6

2-18

386-490

0