cümə, 29 mart 2024

BOKS

IX “Böyük İpək yolu” beynəlxalq turnirinə start verilir

14.03.2017 08:03 Oxundu 4783

Bu gün Azərbaycanda ənənəvi IX “Böyük İpək yolu” beynəlxalq turnirinə start veriləcək. Azərbaycan Boks Federasiyasından bildiriblər ki, yarışda əvvəlki illərdən fərqli olaraq qadın komandaları da iştirak edəcək. Üç gün davam edəcək turnirdə kişilərdən ibarət Azərbaycan milli komandası ilə yanaşı, Rusiya və İran komandaları tam heyətlə yarışacaq. Bundan başqa, Qazaxıstan, Özbəkistan, Gürcüstan və Qətər seçmələri də turnirdə təmsil olunurlar.

Qadınların mübarizəsində isə komandamızdan başqa, Türkiyə, Ukrayna və Belarus boksçuları da çempionluq uğrunda mübarizə aparacaqlar.

Ümumilikdə 100-dək boksçunun iştirak edəcəyi turnirə martın 17-də yekun vurulacaq.