cümə axşamı, 25 aprel 2024

SARI KART

Dünyanın xoşbəxti mənəm dünyada

(Oxuyur Ronaldo)

07.07.2016 11:26 Oxundu 3527

Dünyada nə qədər oyun görmüşəm

Qollarım səsimi hər yana yayıb.

Hər eldə, obada hörmət görmüşəm

Gördüyüm heç bir iş unudulmayır.

Gəzir ölkələri adım dünyada,

Dünyanın xoşbəxti mənəm dünyada.

Dünən qalib gəldik "əjdahalar"a

Sevinc qanad açıb uçur sinəmdən.

Nə yaxşı, yenə də güldü bəxtimiz

Yenə ləzzət aldım mən bu aləmdən.

Özüm stadionda, qolum dünyada

Dünyanın xoşbəxti mənəm dünyada.

Darayır saçımı yay küləkləri

Futbolu, idmanı alqışlayıram.

Mənə ünvanlanan xoş təbrikləri

Komandam, mən sənə bağışlayıram.

Hər jestim, hər qolum gəzir dünyada,

Dünyanın xoşbəxti mənəm dünyada.