cümə, 29 mart 2024

ŞAHMAT

“Yaz festivalı - 2017” start götürür

18.03.2017 11:26 Oxundu 2128

Bu gün Budapeştdə şahmat üzrə “Yaz festivalı - 2017” start götürür. Açıq turnirdə 39 ölkədən 156 şahmatçı, o cümlədən 34 qrossmeyster iştirak edəcək.

Azərbaycanın idman şərəfini qrossmeyster Nicat Abbasov, beynəlxalq dərəcəli usta Nail Bəşirli, FIDE ustaları Vüqar Əsədli və Abdulla Qədimbəyli qoruyacaqlar.

İsveçrə sistemi üzrə keçiriləcək “Yaz festivalı-2017” turniri 9 turdan ibarət olacaq.