cümə, 26 aprel 2024

BİZİM FUTBOL

“Zirə” rəqibini “5”də saxlayıb

22.03.2017 17:39 Oxundu 1642

“Qarabağ”ın “Zirə” ilə oyunlardakı qələbə seriyası qırılıb. Son 5 matçda rəqibini məğlub edən Ağdam təmsilçisi Topaz Premyer Liqasının XXIII turunun səfər matçında 1 xalla kifayətlənib – 0:0. Qurban Qurbanovun yetirmələrinin “Zirə” ilə matçlardakı son xal itkisi 2015-ci il dekabrın 13-də qeydə alınmışdı. Həmin vaxt da qarşılaşma qolsuz bitmişdi. 462 gündən sonra məğlubiyyət seriyasını qıran “Zirə” rəqibini “5”də saxlayıb.

Qeyd edək ki, “Qarabağ”ın tarixində eyni rəqiblə oyunlarda daha uzun qələbə seriyaları da var. Ağdam klubu MOİK-i ardıcıl 12, “Turan”ı ardıcıl 9 dəfə məğlub edib.