cümə, 26 aprel 2024

DÜNYA FUTBOLU

UEFA Çempionlar Liqasında hansı ölkədən neçə komandanın iştirak edəcəyini açıqlayıb

23.03.2017 09:18 Oxundu 1897

UEFA Çempionlar Liqasının 2018/19 mövsümü üçün qrup mərhələsində hansı ölkədən neçə komandanın iştirak edəcəyini açıqlayıb. "apasport"az-ın məlumatına görə, qurum rəsmi saytı vasitəsilə yayımladığı məlumatda suallara aydınlıq gətirib.Belə ki, İspaniya, Almaniya, İngiltərə və İtaliya qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsində 4 komanda ilə təmsil olunacaq.Reytinq sıralamasında 5 və 6-cı pillələrdə qərarlaşmış Fransa və Rusiyanın iki komandası birbaşa həlledici mərhələdə yer alacaq. Hər iki ölkənin daha bir təmsilçisi isə qrupa qədər iki təsnifat mərhələsində oynayacaq.İlk onluqda qərarlaşmış digər ölkələr – Portuqaliya, Ukrayna, Belçika və Türkiyə qruplarda və seçmə mərhələlərdə 1 komanda ilə mübarizə aparacaqlar. 11 və 12-ci pillələrin sahibi olan Çexiya və İsveçrədən isə bir klub qruplardan bir öncəki pley-off mərhələsində yer almağa haqq qazanacaqlar.

Qeyd edək ki, reytinq sıralamasında 26-cı pillədə yer almış Azərbaycan Avrokuboklarda ümumilikdə 4, Çempionlar Liqasında isə 1 komanda ilə mübarizə aparır ki, təmsilçilərimiz mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq.