cümə, 19 aprel 2024

BİZİM FUTBOL

Xorvatiyalının seçmə mərhələlərdə 11-ci sınağı

23.03.2017 12:27 Oxundu 1877

Azərbaycan millisi martın 26-da növbəti oyununu keçirəcək. Yığmamız DÇ-2018-in seçmə mərhələsində Almaniya ilə qarşılaşacaq.
Bu, komandamızın tarixində 229-cu matç olacaq. Belə ki, ilk matçını 1992-ci ilin sentyabrın 17-də səfərdə Gürcüstana qarşı keçirib, 3:6 hesabı ilə uduzan komandamız 25 il ərzində 228 oyunda meydana çıxıb. Millimiz indiyədək 43 qələbə qazanıb, 62 dəfə heç-heçə edib.

Hesabında 123 məğlubiyyət olan millimiz bu matçlarda 162 dəfə rəqib qapısına yol tapıb. Qapıçılarımız rəqiblərinin 385 qoluna məyus olub.

Komandamız seçmə mərhələlərdə 113-cü sınağına çıxacaq. 12-ci tsikldə mübarizə aparan milli indiyədək 12 qələbə qazanıb, 23 heç-heçə edib. 35 matçda xal qazanan futbolçularımız 77 dəfə uduzub. Yığmamız indiyədək 57 qol vurub. Rəqiblərimiz isə 236 dəfə qol sevinci yaşayıblar.

Dünya çempionatına vəsiqə uğrunda mübarizə aparan komandamız bu turnirin seçmə mərhələlərində 53-cü görüşünə çıxacaq. İndiyədək 52 belə matça çıxan yığmamız 6 qələbə qazanıb, 14 heç-heçəyə sevinib. Bakıdakı matçadək 32 məğlubiyyət acısı yaşayan futbolçularımız 21 qol vurub, 89-nu buraxıb.

Bundestimlə matç xorvatiyalı baş məşqçi Robert Prosineçkinin millimizdə 18-ci sınağı olacaq. Son iki ilin hərəsində 8 qarşılaşmada yığmamıza rəhbərlik edən mütəxəssis komandamızı 2017-ci ildə 2-ci sınağına çıxaracaq. Bu müddətdə 5 qələbə və 6 heç-heçəyə sevinən Prosineçki 6 dəfə məğlubiyyət acısı yaşayıb. Millimiz top fərqində mütəxəssisi məyus edib – 14:22.

Ev oyunu xorvatiyalının seçmə mərhələlərdə 11-ci sınağıdı. Əvvəlki 10 matçda 3 qələbə və 4 heç-heçəsi olan komandamız 3 dəfə uduzub. Həmin görüşlərdə 7 qol vuran futbolçularımız 11 top buraxıblar. apasport