cümə, 26 aprel 2024

BİZİM FUTBOL

Kamran Ağayevin zədəsi berpa olunub

24.03.2017 07:46 Oxundu 1881

Zədəsi sağalan Portuqaliyanın “Boavişta” klubunun qapıçısı Kamran Ağayev futbol üzrə Azərbaycan milli komandası ilə birgə məşqlərdə iştirak edib. 31 yaşlı qolkiper hazırda özünü yaxşı hiss edir. K.Ağayev bir neçə gün əvvəl məşq zamanı aldığı kiçik zədə səbəbindən hazırlıq prosesindən kənarda qalmışdı. Artıq zədəsi sağalan K.Ağayev 2018-ci il futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan və Almaniya milli komandaları arasında keçiriləcək oyunda iştirak edə biləcək.

Xatırladaq ki, baş məşqçi Robert Prosineçki Almaniya ilə matça 26 futbolçu dəvət etsə də, Ruslan Abışov və Namiq Ələsgərov zədəli olduqları üçün hazırlıq prosesinə qatıla bilməyiblər.

Martın 26-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan-Almaniya qarşılaşması saat 20:00-da başlayacaq.

Görüşü italiyalı baş hakim Daniele Orsato idarə edəcək.