çərşənbə, 24 aprel 2024

BİZİM FUTBOL

Robert Prosineçki: "Bu qarşılaşma əsl tamaşa olacaq"

24.03.2017 08:01 Oxundu 1866

“Almaniya həmişə favoritdir. Biz isə ancaq bacardığımızın ən yaxşısını göstərməyə cəhd edə bilərik”. Bu sözləri millimizin baş məşqçisi Robert Prosineçki Almaniya mətbuatına - "Kicker" nəşrinə açıqlamasında deyib. Xorvatiyalı mütəxəssis DÇ-2018-in seçmə mərhələsində Almaniya ilə Bakıda keçiriləcək oyun haqda fikirlərini bildirib. “İstərdik ki, almanlarla matçdan sonra onlar oyunun asan alınmadığını söyləsin. Bu görüş Azərbaycan üçün əsl tamaşa olacaq. Əgər Almaniyaya uduzmasaq, bu, ölkədə partlayışa səbəb olacaq. Azarkeşlər bizim Rusiyada keçiriləcək mundiala vəsiqə qazanacağımıza inanır, lakin biz o qədər də hazır deyilik”

Xatırladaq ki, martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Almaniya matçı saat 20:00-da başlayacaq.