cümə axşamı, 25 aprel 2024

DİGƏR NÖVLƏR

İlham Zəkiyevin müsahibəsi - VİDEO

24.03.2017 12:09 Oxundu 1813

İlham Zəkiyev paracüdo idman növü üzrə 6 dəfə Avropa çempionu, 2 dəfə dünya çempionu adına sahibdir. Afina və Pekin Paralimpiya Oyunlarında qızıl, London Paralimpiya Oyunlarında bürünc medal qazanmışdır. Bakıda keçirilən I Avropa Oyunlarının qızıl medalçısıdır.

2009-cu ildə əməkdar idman ustası adını qazanıb. 2008-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub. İlk paralimpiyaçıdır ki, “Şöhrət” ordeni var. 2015-ci ildə I Avropa Oyunlarından sonra prezident tərəfindən ikinci dəfə “Şöhrət” ordeni ilə təltif olunub. Qeyd edək ki, Azərbaycanda iki dəfə “Şöhrət” ordeni ilə təltif olunan yeganə idmançıdır.

2012-ci ildə “Tərəqqi” medalı aldı. Bundan əlavə, o, Heydər Əliyev Fondunun “Qızıl çinar” mükafatına layiq görülüb.

Qeyd edək ki, İlham Zəkiyev İslam Həmrəyliyi Oyunlarının səfirlərindən biridir.

İlham Zəkiyevlə olan ruhlandırıcı video müsahibəni buyurun izləyin:

z