cümə, 29 mart 2024

BİZİM FUTBOL

"Zirə" cəzalandırıldı

24.03.2017 14:08 Oxundu 1798

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub.

Topaz Premyer Liqasının XXIII turunun “Zirə” – “Qarabağ” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).

Oyunun 66-cı dəqiqəsində “Zirə” klubunun 16 №-li futbolçusu Akim Latifu ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXIII turunun “Neftçi” – “İnter” matçında “İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur (maddə 40).

Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXIII turunun AZAL – “Qəbələ” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur (maddə 40).

I Divizionun XX turunun “Zaqatala” – MOİK matçında MOİK klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).

I Divizionun XXI turunun “Energetik” – “Şahdağ” matçında “Energetik” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).

Oyunun 90+1-ci dəqiqəsində “Şahdağ” klubunun 3 №-li futbolçusu Elnur Şiriyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur (maddə 38.1).

Oyunun 90+2-ci dəqiqəsində “Energetik” klubunun 19 №-li futbolçusu Əsgər Nəbiyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur (maddə 37.1).

I Divizionun XXI turunun MOİK – “Şəmkir” matçının 40-cı dəqiqəsində MOİK klubunun 7 №-li futbolçusu Mirkamil Əliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

Oyunun 60-cı dəqiqəsində MOİK klubunun baş məşqçisi Ramil Əliyev hakimlər briqadasın təhqir etdiyinə görə 5 oyun texniki zonadan uzaqlaşdırılır, klub 400 manat cərimə olunur (maddə 42.4).