cümə, 29 mart 2024

BİZİM FUTBOL

Yığmamız Qazaxıstanla ilə üz-üzə gələcək

24.03.2017 14:15 Oxundu 1745

19 yaşadək qız futbolçulardan ibarət Azərbaycan millisi Rusiyanın Soçi şəhərində təşkil olunmuş “Kuban baharı” turnirində bu gün növbəti matçını keçirib. Təmsilçimiz 5-8-ci yerlər uğrunda matçda Krasnodar vilayətinin yığma komandası ilə qarşılaşıb.Görüş millimizin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Yığmamızın qollarını Merve Özdemir və Vüsalə Seyfətdinova vurub.

Qeyd edək ki, yığmamız 5-ci yer uğrunda Qazaxıstanla ilə üz-üzə gələcək.