şənbə, 27 aprel 2024

BİZİM FUTBOL

Elxan Məmmədov: "Hazırda bu şanslar 50/50-yədir"

25.03.2017 13:09 Oxundu 1765

“Azərbaycan DÇ-2018-in seçmə mərhələsində uğurlu oyunları ilə bütün Avropanın diqqətini özünə cəlb edib”. Bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov “France Press” agentliyə müsahibəsində deyib. O əlavə edib ki, bütün bunlar ölkədə futbolun inkişafı məqsədi ilə həyata keçirilən layihələrin məntiqi sonluğudur. Elxan Məmmədov xatırladıb ki, Bakı Madridlə birgə 2019-cu ildə Çempionlar Liqasının finalını qəbul etməyə 2 namizəd şəhərdən biridir: “Finalın Bakıda keçirilməsi “Avro-2020” üçün yaxşı imtahan olardı. Finala cəmi 2 şəhərin namizəd olması bizim şanslarımızı artırır. Hazırda bu şanslar 50/50-yədir. Bizim üstünlüyümüz odur ki, Bakı Olimpiya Stadionu təzədir və FİFA ilə UEFA-nın standartlarına tam cavab verir”.