cümə axşamı, 25 aprel 2024

DÜNYA FUTBOLU

Yoahim Löv: "Azərbaycan qrup ikincisi ola bilər"

25.03.2017 18:00 Oxundu 1748

"Məqsəd aydındır. Buraya üç xal üçün gəlmişik. Ümumiyyətlə, əsas məqsədimiz yaya qədər bütün oyunlarda qələbə qazanmaqdır. Qarşıda San-Marino millisi ilə oyunumuz var. Həmin matçda da bizi qələbədən başqa heç bir nəticə qane edə bilməz". Bunu futbol üzrə Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv sabah Azərbaycan yığması ilə keçiriləcək oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

Jurnalistlərin suallarını cavablandıran baş məşqçi Məsud Özildən başqa, bütün futbolçuların forma geyməyə hazır olduqlarını bildirərək deyib: "Yalnız Məsud Özilin meydanda olub-olmayacağı hələ tam məlum deyil. Qapıçı Ter-Ştegen İngiltərə ilə oyunda yaxşı təsir bağışladı. Amma digərləri də məşqlərdə özlərini yaxşı göstərdilər. Ona görə də yalnız oyundan əvvəl start heyətdə kimin yer alacağı ilə bağlı qərar qəbul edəcəyik".

Son illər Azərbaycan futbolunda nəzərəçarpacaq inkişafın olduğunu vurğulayan Yoaxim Löv deyib: "Azərbaycan müdafiə olunmağı yaxşı bacarır, taktiki planı inkişaf etdirib. Azərbaycan millisinin dörd oyundan 7 xal toplaması yaxşı başlanğıcdır. Çexiya və Şimali İrlandiya milliləri ilə növbəti oyunlarda yaxşı nəticələr əldə etsə, Azərbaycan qrup ikincisi ola bilər".

O həmçinin deyib: "Mənim müşahidəm ondan ibarətdi ki, oyunçular milliyə həmişə sevinə-sevinə gəlirlər. Məncə, yığmada oynamaq hər bir oyunçu üçün əsasdı. Hətta bəzi futbolçular kənarda qaldıqlarına görə inciyirlər də. Komandanı meydana kapitan kimi Sami Xedira çıxaracaq. Çünki o, əsl peşəkar və liderdir. Məncə, kapitanlığa ən uyğun futbolçu məhz odu.