cümə, 26 aprel 2024

VOLEYBOL

İslamiada: Xanımların mübarizəsində cəmi 5 komanda qüvvəsini sınayacaq

18.04.2017 15:57 Oxundu 2852

İslam Həmrəylik Oyunları çərçivəsində keçiriləcək qadın voleybolçuların yarışının təqvimi müəyyənləşib. Yarışın Əməliyyat Komitəsindən verilən məlumata görə, xanımların mübarizəsində cəmi 5 komanda qüvvəsini sınayacaq. Azərbaycan millisi Türkiyə, Kamerun, Tacikistan və Qırğızıstanla mübarizə aparacaq. Bu komandalar dairəvi sistemlə mübarizə aparacaq. İlk 4 yerin sahibi isə yarımfinala vəsiqə qazanacaq. Faiq Qarayevin yetirmələri öncə Qırğızıstan, ardınca Tacikistan, Türkiyə və Kamerunla üz-üzə gələcək. Millimiz son turda istirahət edəcək. Çempionluğa əsas namizədlər Türkiyə və Azərbaycan arasında matç mayın 14-də keçiriləcək.

Qadın voleybolçuların yarışı mayın 11-də start götürəcək. Bakı Kristal Zalında keçiriləcək yarışa ayın 18-də yekun vurulacaq.

I tur

11 may

19:00. Azərbaycan – Qırğızıstan

21:30. Türkiyə - Kamerun

II tur

13 may

19:00. Azərbaycan - Tacikistan

21:30. Türkiyə - Qırğızıstan

III tur

14 may

19:00. Azərbaycan – Türkiyə

21:30. Tacikistan – Kamerun

IV tur

15 may

19:00. Azərbaycan – Kamerun

21:30. Tacikistan – Qırğızıstan

V tur

16 may

19:00. Kamerun – Qırğızıstan

21:30. Türkiyə - Tacikistan

Yarımfinal

17 may

17:00. I yerin sahibi – IV yerin sahibi

19:30. II yerin sahibi – III yerin sahibi

18 may

17:00. III yer uğrunda

19:30. Final

22:00. Mükafatlandırma mərasimi