cümə axşamı, 25 aprel 2024

DİGƏR NÖVLƏR

13 cüdoçumuz Varşavada qüvvəsini sınayacaq

19.04.2017 19:04 Oxundu 1567

Aprelin 20-də Polşanın paytaxtı Varşavada cüdo üzrə Avropa çempionatı start götürəcək.Azərbaycan Cüdo Federasiyasından bildiriblər ki, dörd gün davam edəcək yarışda ölkəmiz 13 idmançı ilə təmsil olunacaq. Çempionatın ilk iki günündə cüdoçularımız fərdi yarışlarda mübarizə aparacaqlar. Aprelin 23-də isə millimiz komanda yarışında qüvvəsini sınayacaq.

Fərdi yarışlarda Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə, (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Rüfət İsmayılov (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq), Uşanqi Kokauri (100 kq-dan yuxarı), Aişə Qurbanlı (48 kq) və Nəzakət Əzizova (52 kq) mübarizə aparacaqlar.

Komanda yarışlarında isə Vüqar Şirinli (66 kq) və Tural Səfquliyev (90 kq) digər cüdoçularımızla birgə güclərini sınayacaqlar.