cümə axşamı, 25 aprel 2024

FOTO XƏBƏR

Mark Klattenburqin 7 nöqtəsi

09.07.2016 22:41 Oxundu 4439

"Stad-de Frans"da 15-ci Avropa çempionatının finalını (Portuqaliya - Fransa matçını) idarə edəcək Mark Klattenburq İngiltərədə ən çox tənqid edilən hakimdir. Amma bu onun dünyada ən yaxşı 5 hakim sırasında yer tutmasına mane də olmur.

Mark Klattenburq (Mark Clattenburg) 1975-ci ilin mart ayının 13-dı Darem qraflğında anadan olub. İngiltərə Premyer-liqasının oyunlarına hakimlik edir. 2006-cı ildən FİFA referisidir. Peşəkar elektrikdir.

Klattenburq bu il Çempionlar Liqasının finalını-"Atletiko" və "Real" arasında görüşə təyinat aldıqdan sonra maraqlı açıqlaması ilə yadda qalmışdı. O demişdi ki, komandalar arasındakı 2014-cü ildə keçirilən final oyununa üç dəfə baxıb.

Klattenburq "Nyukasl"ın azarkeşidir və bu səbəbdən bu klubun iştirakı ilə keçirilən oyunları idarə etmir.

Avropanın ən məşhur hakimlərindən biri olan Markın nə qədər qazandığı da maraq doğurur. İngiltərə Premyer-liqasında 18 hakimdən biri olan Mark bir həftə oyuna çıxır, o biri həftə isə istirahət edir. Onun maaşının baza hissəsi 38 min 500 funt-sterlinq təşkil edir. Hər oyun üçün isə 1150 funt-sterliq alır. Hesablamalar görə, Mark illik 70 min funt-sterlinq İngiltərədəki hakimlikdən qazanır.

Onu karyerası gözlənilməz hadisələrlə zəngindir. 2008-ci ilin 9 avqustunda İngiltərə Super Kubokunu idarə etmək üçün təyinat alır, amma gözlənilmədən Klattenburq oyuna buraxılmır, hakimlikdən uzadqlaşdırılması barədə qərar verilir

Onun oyun zamanı kartı "paylamadığı", futbolçunun qiymətləndirdiyi və nadir hallarda qırmızı vərəqə göstərdiyi deyilir.