şənbə, 27 aprel 2024

FOTO XƏBƏR

Səməd Qurbanov - 63

10.07.2016 15:59 Oxundu 9415

Bu gün "Neftçi”nin veteran futbolçusu, klubun Müşahidə Şurasının üzvü Səməd Qurbanovun doğum günüdür. Onun 63 yaşı tamam olur. Azarkeşlərin "Jiqulu” ləqəbi verdiyi yarımmüdafiəçi "Neftçi”nin tarixində ən çox oyun keçirən 3-cü futbolçudur. O, 1972-1984-cü illər ərzində 393 rəsmi matçda meydana çıxıb, 22 qolun müəllifi olub. Səməd Qurbanovu doğum günü münasibətilə təbrik edir, ona can sağlığı, uzun ömür arzulayırıq.

“Neftçi”: I sıra: Yuri Stekolnikov, Səməd Qurbanov, Renat Kəmaləddinov, Bəxtiyar Qulamov, Aleksandr Trofimov, Anatoli Banişevski, Rauf Adıgözəlov (komandanın rəisi); II sıra: Valentiv Xlıstov (məşqçi), Nadir Eynullayev, Tofiq Abbasov, Nikolay Smolnikov, Fizuli Cavadov, Sergey Kramarenko, Aydın İsmayılov (inzibatçı), Aleksandr Mirzoyan; III sıra: Boris Xetaqurov (həkim), Yuri Romenski, Rafiq Quliyev, Vyaçeslav Lyoqki, Rauf Yumakulov, 1971

Sü­rət­li reyd­lə­ri­nə gö­rə “Ji­qu­li” lə­qə­bi­ni qa­za­nıb. 1982-ci ilin ma­yın­da - 30 yaş 10 ayın­da fut­bol­çu kar­ye­ra­sı­nı ba­şa vu­rub.

Fərqləndiyi 10 oyundan 7-də matçın ilk qolunu vurub. Ən çox Daşkənd "Paxtakor"unu məyus edib - 3 qol.

Onu bir daha təbrik edirik.