cümə, 19 aprel 2024

DÜNYA FUTBOLU

“Qolların sayı bundan az olmaz!”

18.05.2016 10:16 Oxundu 2904

Bu sualla bağlı komanda yoldaşlarına belə ən kiçik açıqlama verməyən almaniyalı oyunçu komandasının çempionluq mərasimində bu barədə ilk dəfə dəqiq ifadələr işlədib. Bu ana qədər bu məsələ ilə bağlı heç bir klubla görüşünün olmadığını söyləyən Mario Gomes deyib: “Mənim üçün Çempionlar Liqasında oynamaq önəmli idi. “Beşiktaş” da bu mövsüm Çempionlar Liqasında oynamağa vəsiqə qazandı. Odur ki, burada qalmaq üçün müsbət, xoş duyğulara malikəm.

O, “Beşiktaş”ın prezidenti Fikrət Ormanın: “Bu mövsüm çox yaxşı idin. Ancaq səndən gələcək mövsümdə ən az 30 qol gözləyirəm” sözlərinə isə belə münasibət bildirib: “Narahat olmayın, cenab prezident, bu mövsüm çox yaxşı bir mövsüm keçirdik, amma gələcək mövsüm də qolların sayı bundan az olmaz!”

Qeyd edək ki, “Beşiktaş”ın hücumçusu Mario Gomes bu mövsüm Türkiyə çempionatında oynadığı 33 oyunda 26 qola imza atıb.