cümə, 19 aprel 2024

DİGƏR NÖVLƏR

“Bütün fikrimi bu matça yönəltmişəm”

18.05.2016 10:20 Oxundu 2880

Baş məşqçi Robert Prosineçki 29 futbolçuya dəvət göndərib. Xorvatiyalı mütəxəssis həmin oyunçuları Andorra, Makedoniya və Kanada ilə keçiriləcək yoldaşlıq görüşlərində sınayacaq. 29 nəfərlik siyahıda yeni simalar da var. Belə ki, 3 futbolçu - Vüqar Mustafayev, Amil Yunanov və Adil Nağıyev ilk dəfə yığmanın formasını geyinmək imkanı əldə edib. Prosineçki ən çox “Qarabağ” və “Qəbələ”nin futbolçularına dəvət göndərib. Belə ki, adıçəkilən klubların hər birindən 6 oyunçu Avstriyadakı toplanışda iştirak edəcək. Millimizin heyətində 3 əcnəbi də var. Bunlar müvafiq olaraq Almaniya, İspaniya və Türkiyədə çıxış edən Dmitri Nazarov, Eddi İsrafilov və Ufuk Budakdı.

Yığmanın heyəti:

Qapıçılar: Səlahət Ağayev (”Sumqayıt), Kamran Ağayev (”İnter”), Anar Nəzirov (”Zirə”)

Müdafiəçilər: Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev (hamısı “Qarabağ”), Ruslan Abışov, Arif Daşdəmirov, Məhəmməd Mirzəbəyov, Pavel Paşayev (hamısı “Qəbələ”), Adil Nağıyev (”Zirə”), Tərlan Quliyev (”Kəpəz”), Ufuk Budak (”Qaziantep Böyükşəhər Bələdiyyəspor”, Türkiyə)

Yarımmüdafiəçilər: Qara Qarayev, Coşqun Diniyev, Əfran İsmayılov (hamısı “Qarabağ”), Rəhman Hacıyev, Araz Abdullayev (hər ikisi “Neftçi”), Elvin Məmmədov, Vüqar Mustafayev (hər ikisi “Zirə”), Budaq Nəsirov, Namiq Ələsgərov (”Kəpəz”), Dmitri Nazarov (”Karlsrue”, Almaniya), Eddi İsrafilov (”Kordoba”, İspaniya), Murad Səttarlı (AZAL)

Hücumçular: Rəşad Eyubov (”Qəbələ”), Ağabala Ramazanov, Amil Yunanov (hər ikisi “Sumqayıt”), Ruslan Qurbanov (”Neftçi”).

Yeri gəlmişkən, onu da qeyd edək ki, ölkəsinin mətbuatına açıqlama verən Azərbaycan millisinin 47 yaşlı baş məşqçisi Robert Prosineçki AÇ-2016-da iştirak edəcək xorvatların ilkin heyətini və həmyerlilərinin turnirdəki şanslarını dəyərləndirməklə yanaşı, millimizin ayın 26-da Andorra ilə keçirəcəyi yoldaşlıq görüşünə də toxunub: “Açığı, Xorvatiya yığmasını o qədər də izləmirəm. Öz işimlə məşğulam. Mən Azərbaycan yığmasını çalışdırıram. Hazırda məni Xorvatiyanın durumu yox, təxminən 10 gün sonra Andorra ilə keçirəcəyimiz oyun maraqlandırır. Bütün fikrimi bu matça yönəltmişəm”.