cümə axşamı, 25 aprel 2024

GÜLƏŞ

Güləşçilərimiz iki mötəbər yarışa hazırlaşırlar

21.04.2017 11:57 Oxundu 2246

Güləş üzrə ölkə yığma komandaları təqvim planında nəzərdə tutulan qrafik üzrə qarşıdan gələn Avropa çempionatı və IV İslam Həmrəyliyi Oyunlarına hazırlıqları davam etdirir. Yunan-Roma və sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandalar məşqlərini Olimpiya Güləş Mərkəzində, qadın güləşçilər isə Ukraynanın Kiyev şəhərində Konça Zaspa təlim-məşq bazasında davam etdirir.
Aprelin 17-dən Ukraynaya yollanan qadın güləşçilərimiz ayın 29-dək bu ölkənin yığma komandası ilə birgə hazırlıqları davam etdirəcək. Sərbəst və yunan-Roma güləşi komandalarının təlim-məşq toplanışı isə aprelin 17-dən başlayıb və 30-dək davam edəcək.
Məlumat üçün bildirək ki, Avropa çempionatı 2-7 may tarixlərində Serbiyanın Novi Sad şəhərində başa tutacaq. Bakıda təşkil olunacaq IV İslam Həmrəyliyi Oyunlarında güləş yarışları isə 17-21 may tarixlərində Heydər Əliyev adına İdman Arenasında keçiriləcək.