cümə, 26 aprel 2024

BİZİM FUTBOL

Klublarındakı 500-çülər: onların sayı 7 oldu

24.04.2017 11:06 Oxundu 1607

İspaniya La Liqasının 32-ci turunda "Real"la qarşılaşma (2:3) "Barselona"nın futbolçusu Lionel Messi üçün əlamətdar olub. Görüşdə dubl edən argentinalı hücumçu Kataloniya klubundakı qol sayını 500-ə çatdırıb.

Qeyd edək ki, Messi La Liqada 343, Çempionlar Liqasında 94, İspaniya kubokunda 43, İspaniya super kubokunda 12, klublararası dünya çempionatında 5, UEFA Superkubokunda isə 3 dəfə fərqlənib. O, bu qolları 577 oyuna vurub.

Onu da qeyd edək ki, Messi beş yüzə çıxmış 7-ci futbolçudur. Ona qədər eyni klubda Pele ("Santos") 643, Gerd Müller ("Bayer" Münhen)564, Fernando Peyroteo ("Sporting") 544, Jozef Bican ("Slavia" Praha) 534, Jimmi McGrory ("Celtic") 522, Seeler (Hamburger Sv) 587 dəfə fərqləniblər. Müvafiq olaraq, onlar 656, 605, 334, 274, 501,587 oyunda bu nailiyyətlərə imza atıblar.