çərşənbə, 08 may 2024

BİZİM FUTBOL

Şahin Diniyev: "Şans həmişə var"

24.04.2017 11:50 Oxundu 1655

Topaz Premyer Liqasında XXVII turun oyunları çərçivəsində reallaşan AZAL - “Kəpəz” oyunundan sonra Gəncə klubunun baş məşqçisi Şahin Diniyev matçla bağlı fikirlərini bölüşüb: “Çox gərgin oyun oldu, əslində belə olacağını da gözləyirdik. AZAL ilə ev və səfər matçlarımız həmişə belə gərgin şəraitdə keçir. Səhv etmək imkanımız yoxdu deyə futbolçular böyük təzyiq altındadırlar. Şadam ki, komanda oyunun taleyini birinci hissədə həll etdi. Fasilədən sonra müdafiədən oynadıq. Qolu buraxmamalıydıq, kobud səhvdən sonra rəqib fərqləndi. İtkilərimiz də öz sözünü dedi, əvəzetmələrdə çətinliklə rastlaşdıq. Komandamı tərbik edirəm, öz xarakterini göstərib qələbə qazandı. Şans həmişə var, sonuncu oyuna kimi mübarizəni davam etdirəcəyik”.