şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

"Mənim Pike ilə danışığım oldu, referi ilə yox"

24.04.2017 14:09 Oxundu 1446

İspaniya çempionatının XXXIII turu çərçivəsində dünən keçirilən "Real" - "Barselona" (2:3) matçının 77-ci dəqiqəsində qırmızı vərəqə ilə cəzalandırılan Madrid “Real”ının kapitanı Serxio Ramos deyib: “Həmin epizodda kimisə zədələmək barədə düşünmürdüm. Fikrimcə, qırmızı yox, sarı vərəqə almalı idim. Razıyam, sürüşmə fəndini etməyə gecikdim. Amma orda toxunuş yox idi”. Ramos meydandan çıxarkən etdiyi hərəkətə də toxunub: “Meydanı tərk edəndə hakimi alqışlamadım. Mənim Pike ilə danışığım oldu, referi ilə yox. Hakimlər doğru qərarlar qəbul etdikləri kimi, arada səhvə də yol verə bilərlər. Yenə deyirəm ki, mən o anda hakimlə yox, Pike ilə danışırdım”.