cümə axşamı, 25 aprel 2024

BİZİM FUTBOL

Elxan Abdullayevin səhvi komandasına baha başa gələcək

24.04.2017 15:04 Oxundu 1374

Azərbaycan Premyer Liqasının XXVII turunun “Zirə” ilə oyununda “Neftçi”nin baş məşqçisi Elxan Abdullayevin əvəzetmə edərkən buraxdığı səhv komandasına baha başa gələcək. İkinci hissədə legioner limitini pozan çalışdırıcının bu addımı texniki məğlubiyyətlə nəticələnəcək. Məlumatı "apasport"un əməkdaşı ilə söhbətində Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev də təsdiqləyib. O bildirib ki, İntizam Komitəsinin sabahkı iclasında bu məsələ müzakirəyə çıxarılacaq: “Neftçi” legioner limitini pozduğuna görə mütləq cəzalandırılacaq. Komandaya 0:3 hesablı texniki məğlubiyyət veriləcək”. Elxan Abdullayevin səhvi 68-ci dəqiqədə qeydə alınıb. Belə ki, matça start heyətində 5 yerli futbolçu ilə başlayan “ağ-qaralar”da Ruslan Abışovun Uqo Barqasla əvəzlənməsindən sonra meydanda 4 azərbaycanlı oyunçu qalıb. İki dəqiqə sonra “Neftçi”də İqnasio Erreranın yerinə Cavid İmamverdiyev meydançaya olsa da, bu, paytaxt klubunun cəzadan qaçması üçün yetərli olmayacaq.