cümə, 19 aprel 2024

BİZİM FUTBOL

Gümüş medallara "Qəbələ" sahib çıxdı VİDEO

24.04.2017 15:42 Oxundu 1666

Topaz Premyer Liqasının başa çatmasına bir tur qalmış “gümüş” və ”bürünc” medalların sahibləri müəyyənləşib. Doğma meydanda “İnter”i 4:3 hesabı ilə məğlubiyyətə uğradan “Qəbələ” komandası futbol üzrə Azərbaycan çempionatında ikinci yeri tutub. Bürünc medala isə “İnter” komandası sahib olub.

Qəbələ şəhər stadionunda keçirilən görüşdə hesabı 3-cü dəqiqədə “İnter”in hücumçusu Rauf Əliyev açıb - 0:1. Bu qoldan sonra üstünlüyü tamamilə ələ alan ev sahibləri matçın 14-cü dəqiqəsində Rikardinyonun qolu ilə hesabı bərabərləşdiriblər – 1:1. Oyunun 26-cı dəqiqəsində Sergey Zenyov “Qəbələ”ni hesabda irəli çıxarıb. Yeddi dəqiqə sonra isə “İnter”in heyətində Adrian Skarlatake avtoqolla yadda qalıb – 3:1. İlk hissə bu hesabla başa çatıb.

İkinci hissədə böyük əzmkarlıq göstərən “İnter” futbolçuları 73-cü və 77-ci dəqiqələrdə “Qəbələ”nin qapısına yol taparaq hesabı bərabərləşdiriblər – 3:3. Qonaqların heyətində Elnur Abdullayev və Rauf Əliyev adlarını tabloya yazdırıblar.

Lakin bu, oyunda sonuncu qol olmayıb. Matçın 90-cı dəqiqəsində Tellur Mütəllimov dəqiq zərbə ilə “Qəbələ” komandasına vacib qələbə qazandırıb.

Beləliklə, 27-ci turdan sonra 59 xalla turnir cədvəlinin lideri olan “Qarabağ” komandası artıq çempionluğunu elan edib. “Qəbələ” klubunun 52, “İnter”in 43 xalı var.Topaz Premyer Liqasının sonuncu – 28-ci turunun görüşləri aprelin 29-da oynanılacaq.

Azərbaycan Premyer Liqası

XXVII tur

24 aprel (bazar ertəsi)

“Qəbələ” – “İnter” - 4:3

Qollar: Rikardinyo, 14; Sergey Zenyov, 26; Adrian Skarlatake (avtoqol); Tellur Mütəllimov, 90 - Rauf Əliyev, 3, 75; Elnur Abdullayev, 73

Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Vüsal Qənbərov, Ziya Nəsirov

AFFA nümayəndəsi: Eldar Qasımov

Hakim-inspektor: Şahin Cəfərov

Qəbələ şəhər stadionu

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Vojislav Stankoviç, 6. Rəşad Sadiqov, 7. Nika Kvekveskiri, 9. Sergey Zenyov, 14.Cavid Hüseynov (k), 19. Filip Ozobiç, 20. Rikardinyo, 34. Ürfan Abbasov, 77. Araz Abdullayev, 88. Tellur Mütəllimov
Ehtiyat oyunçular: 33. David Petrzkeviç, 8. Qismət Alıyev, 10. Ruslan Qurbanov, 18. Baqali Dabo, 17. Məhəmməd Mirzəbəyov, 31. Daniel Subotiç, 44. Rafael Santos
Baş məşqçi: Roman Qriqorçuk

“İnter”: 13. Orxan Sadıqlı, 14. Zurab Xizanişvili, 3. Denis Silva, 27. Adrian Skarlatake, 22. İlkin Qırtımov, 2. Sərtan Taşkın, 10. Elnur Abdullayev, 88. Məmməd Quliyev, 7. Mirsahib Abbasov, 9. Pərdis Fərcad-Azad, 11. Rauf Əliyev (k)
Ehtiyat oyunçular: 16. Şahin Zəkiyev, 66. Murad Qayalı, 65. Cabir Əmirli, 20. Aqşin Quluzadə, 98. Qara Qarayev
Baş məşqçi: Zaur Svanadze

1.

Qarabağ

27

18

5

4

44-13

59

2.

Qəbələ

27

14

10

3

47-19

52

3.

İnter

27

11

10

6

39-42

43

4.

Zirə

27

8

10

9

25-28

34

5.

Kəpəz

27

8

9

10

23-27

33

6

Sumqayıt

27

8

8

11

26-34

32

7.

Neftçi

27

9

3

15

25-42

30

8.

AZAL

27

1

7

19

13-47

10

Bombardir: Filip Ozobiç (“Qəbələ”) - 11 qol, Rauf Əliyev (“İnter”) – 11 qol, Dino Ndlovu (“Qarabağ”) – 9 qol

q