şənbə, 20 aprel 2024

BİZİM FUTBOL

“Vətən” Liqanın qalibi olub

24.04.2017 17:27 Oxundu 1517

AFFA-nın təşkil etdiyi Bakcell U-17 Liqanın 2016-2017-ci il mövsümünün qalibi müəyyənləşib.

Son – 26-cı tur çərçivəsində bu gün keçirilmiş AZAL – “Vətən” qarşılaşmasında 3:1 hesabı ilə qələbə qazanan “Vətən” Liqanın qalibi olub.

Oyundan sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatları AFFA-nın baş katibi Elxan Məmmədov, texniki direktor Bernhard Lippert və Təhsil Nazirliyi Məktəbdənkənar fəaliyyətinin təşkili şöbəsinin müdiri Vasif Məmmədov iştirak ediblər.