cümə, 19 aprel 2024

BİZİM FUTBOL

"Qırmızı-qaralar” “Trabzonspor”la görüşəcək

25.04.2017 07:00 Oxundu 1718

Gürcüstanın paytaxtı Tiflisdə keçirilən Vitali Daraseliya turnirində növbəti oyunlar keçirilib. “Qəbələ”nin 16 yaşadək futbolçulardan ibarət komandası 5-8-ci yerlər uğrunda mübarizəyə qoşulub. “Qırmızı-qaralar”ın rəqibi Xorvatiyanın “Dinamo” klubu olub. Şəhruz Mustafayevin baş məşqçisi olduğu komandamız Zaqreb təmsilçisi ilə görüşdə 1:0 hesabı ilə qalib gəlib. “Qəbələ”nin heyətində Samir Qurbanov fərqlənib. Bu gün turnirdə son oyunlar keçiriləcək. “Qırmızı-qaralar” 5-ci yer uğrunda matçda Türkiyənin “Trabzonspor” komandası ilə görüşəcək.

Yarışın qalibi isə “Alkmaar” (Hollandiya) – “Dinamo” (Kiyev, Ukrayna) matçında müəyyənləşəcək. “Gent”lə (Belçika) “İnter” (İtaliya) 3-cü, Tiflis və Zaqrebi təmsil edən “Dinamo” komandaları isə 7-ci yer uğrunda matçda üz-üzə gələcək.