cümə, 29 mart 2024

BİZİM FUTBOL

Derbi formal xarakter daşıyacaq

25.04.2017 16:50 Oxundu 1647

Azərbaycan Premyer Liqasında son turun oyun cədvəli açıqlanıb. Mövsümün XXVIII turunun görüşləri eyni gündə keçiriləcək. Aprelin 29-da baş tutacaq görüşlərdən üçü eyni vaxtda başlayacaq. Yalnız “Neftçi” – “Qarabağ” matçı gec başlayacaq. Azərbaycanın iki ən titullu klubunun ölkə derbisi ilə çempionata yekun vurulacaq. Finişdəki bu derbi turnir cədvəli baxımından formal xarakter daşıyacaq.

Azərbaycan Premyer Liqası

XXVII tur

29 aprel (şənbə)

16:00. “Kəpəz” – “İnter”

Gəncə şəhər stadionu

16:00. “Sumqayıt” – “Qəbələ”

Sumqayıt. Şəhər stadionu

(canlı, “CBC Sport”)

16:00. AZAL – “Zirə”

“AZAL Arena”

17:00. “Neftçi” – “Qarabağ”

8-ci km qəsəbə stadionu

Əvəzedici heyətlərin ölkə birinciliyində son turuna olan oyun cədvəli məlumdur.

28 aprel (cümə)

“Sumqayıt” – “Qəbələ”
“Kapital Bank Arena”, 14:30

“Neftçi” – “Qarabağ”
“Bayıl Arena”, 14:30

AZAL – “Zirə”
Binə qəsəbə stadionu, 13:00

30 aprel (bazar)

“Kəpəz” – “İnter”
Gəncə şəhər stadionu, 14:00