şənbə, 20 aprel 2024

GÜLƏŞ

Yeniyetmə qızlar İzmirdə qüvvələrini sınayacaqlar

25.04.2017 17:17 Oxundu 2443

28-30 aprel 2017-ci il tarixdə Türkiyə Respublikasının İzmir şəhərində Mahmut Atalay və Yaşar Erkanın xatirəsinə yeniyetmə güləşçilər arasında beynəlxalq turnir keçiriləcək. Hər üç növdə keçiriləcək turnirdə qızlardan ibarət yığma komandamızın üzvləri iştirak edəcək. Yığma komandanın böyük məşqçisi Nazim Əlicanov və məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında qonşu respublikaya 10 güləşçimiz yollanıb. Heyətdə Şahanə Nəzərova (38 kq), Ayşən Yusifova (40 kq), Yasəmən Məcidli (43 kq), Aynur Camalova (46 kq), Birgül Soltanova (49 kq), Sevinc Əhədova, Alina Zakoyeva (hər ikisi 52 kq), Jalə Əliyeva (56 kq), Elnurə Məmmədova (60 kq) və Nigar Mirzəzadə (65 kq) yer alıb.

Məlumat üçün bildirək ki, aprelin 21-dən Türkiyəyə yollanan yığma komandanın üzvləri Bursa şəhərində bu ölkənin yığması ilə birgə təlim-məşq toplanışında iştirak edir.

Turnirin proqramına əsasən, 38, 46, 56, 65 kq çəkidə idmançılar ilk yarış günündə qüvvəsini sınayacaq. Aprelin 29-da 40, 49, 60 kq, son yarış günündə isə 43, 52 və 70 kq çəki dərəcəsində yeniyetmə qızlar mübarizə aparacaq.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Zaur Şərifov təmsil edəcək.