şənbə, 20 aprel 2024

DİGƏR NÖVLƏR

Ağır atletika üzrə Azərbaycan birinciliyi keçiriləcək

25.04.2017 18:11 Oxundu 1571

28-29 aprel tarixlərində Xırdalan şəhərindəki AAAF Park Yaşayış Kompleksinin yarış zalında yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Azərbaycan birinciliyi keçiriləcək. Azərbaycan Ağır Atletika Federasiyasından (AAAF) verilən məlumata görə, yarışda ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən yüzdən çox atlet iştirak edəcək. Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.