şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

“Çelsi” mühüm qələbə qazanıb VİDEO

26.04.2017 09:30 Oxundu 1833

Futbol üzrə İngiltərə Premyer Liqasının lideri “Çelsi” komandası təxirə salınmış matçda “Sauthampton”u 4:2 hesabı ilə məğlub edərək çempionluq yolunda mühüm qələbə qazanıb. Oyuna sürətli hücumlarla başlayan “Çelsi” 5-ci dəqiqədə Eden Hazardın qolu ilə hesabı açıb. Lakin 24-cü dəqiqədə “Sauthampton” Oriol Romeunun qolu ilə hesabı bərabərləşdirib – 1:1. Lakin birinci hissənin sonunda (45+1) Qari Cahil “Çelsi”nin ilk hissəni üstün başa vurmasını təmin edib – 2:1.

Matçın 54-cü və 89-cu dəqiqələrində Deiqo Kostanın qolları ilə hesabı 4:1-ə çatdıran “Çelsi” qarşılaşmanın əsas vaxtına əlavə edilən 4 dəqiqəlik hissənin sonunda qapısında qol görüb. “Sauthampton”un heyətində Rayan Bertrand oyunda son nöqtəni qoyub – 4:2.

Bu qələbə ilə xallarının sayını 78-ə çatdıran “Çelsi” ən yaxın izləyicisi, bir oyun az keçirən “Tottenhem”i 7 xal qabaqlayır.

V